Hazır mayonez əvəzinə ev şəraitində hazırlanan souslar həm daha təbii, həm də daha dadlı olur. Müasir əl blenderləri sayəsində mayonez hazırlamaq artıq olduqca asandır. Foodinfo.az jenskiymir saytına istinadla xəbər verir ki, baza mayonez əsasında hazırlanan bu 4 sous süfrənizin vazkeçilməzinə çevrilə bilər.
1. Bütöv yumurta ilə sadə və sürətli mayonez
Bu üsulda yağı nazik axınla əlavə etməyə ehtiyac yoxdur. Resept çox praktikdir.
Tərkibi:
-
1 ədəd yumurta
-
200 ml bitki yağı
-
2–3 çay qaşığı limon suyu və ya sirkə
-
1–1,5 çay qaşığı xardal
-
Duz, istiot
Yumurtanı blender qabına elə qırın ki, sarısı bütöv qalsın. Üzərinə yağı əlavə edin. Blenderi sarının üzərinə yerləşdirib hərəkət etdirmədən çalın. Kütlə qatılaşıb emulsiyaya çevrildikdən sonra blenderi yuxarı-aşağı hərəkət etdirin. Sonda xardal, limon suyu və ədviyyatlar əlavə edib yenidən qarışdırın.
2. Südlü mayonez (yumurtasız)
Bu variant daha qatı teksturaya malikdir və klassik dad verir.
Tərkibi:
-
70 ml süd
-
140 ml bitki yağı
-
1 xörək qaşığı limon suyu və ya sirkə
-
1 çay qaşığı xardal
-
Duz, istiot
Süd və yağ eyni temperaturda olmalıdır. Hər ikisini blenderlə çalaraq emulsiyaya çevirin. Sonra xardal, limon suyu və ədviyyatları əlavə edib qarışdırın.
3. Ayoli sousu
Sarımsaqlı məşhur sous xüsusilə dəniz məhsulları ilə əla uyğunlaşır.
Tərkibi:
-
160 ml bitki yağı
-
1 ədəd yumurta
-
2–3 diş sarımsaq
-
1–1,5 xörək qaşığı limon suyu və ya sirkə
-
1 çay qaşığı xardal
-
Duz, istiot
Əvvəlcə sadə mayonezi hazırlayın. Daha sonra əzilmiş sarımsağı əlavə edin. Sousu bir neçə saat soyuducuda saxlasanız, dadı daha da zəngin olacaq.
4. Vasabili mayonez
Acılı və fərqli dad sevənlər üçün ideal seçimdir.
Tərkibi:
-
200 ml bitki yağı
-
1 ədəd yumurta
-
1–2 xörək qaşığı vasabi tozu
-
1–2 xörək qaşığı otaq temperaturunda qaynadılmış su
-
1,5 xörək qaşığı limon suyu və ya sirkə
-
Duz, istiot
Vasabini su ilə qarışdıraraq pasta halına gətirin. Sadə mayonezi hazırlayarkən bu pastanı yumurta və yağ qarışığına əlavə edin. Sonda duz, istiot və limon suyu ilə dadını tənzimləyin. Acılıq səviyyəsini zövqünüzə uyğun artıra və ya azalda bilərsiniz.
Evdə hazırlanan souslar həm daha təbii, həm də daha sağlam alternativdir. Bu reseptləri sınayın və süfrənizə yeni dad qatın!






