Qaraciyər öz-özünü təmizləyən orqan olsa da, onun da dəstəyə ehtiyacı var. Qaraciyər müxtəlif bitkilərə həssasdır.

Qaraciyər problemlərinə qarşı ən məşhur 5 bitkini təqdim edirik.

1. Ənginar – Öd axınını tənzimləyir, öd yollarını təmizləyir, qaraciyər böyüməsində təsir edir, orqanın təmizlənməsinə yardım edir.
Müntəzəm istifadə etdikdə, ölçüdə kiçilmə olur, 8 həftə sonra yaxşılaşma müşahidə olunur.

2. NAC – Asetil sistein qaraciyərdə daha çox qlütaton hasilini stimullaşdırır. Ən güclü antioksidant təsir göstərir. Məhz bu birləşmədən orqanizm qaraciyəri təmizləmək üçün istifadə edir.

3. Berberin – orqanizmi yağ yandırmağa məcbur edir. Yağlı qaraciyər sindromunda, insulin dirəncində faydalıdır.

4. Kurkumin – sarıkök. İltihaba qarşı təsir edir. Məhz iltihab qaraciyər fibrozuna səbəb olur. Qanda şəkər və xolesterinin sağlam miqdarda qalmasını təmin edir.

5. Silimarin – dəvətikanının aktiv maddəsi. Qaraciyər hüceyrələrini bərpa edir, qoruyur, zədələnmiş hüceyrələri belə bərpa edir (Medicina)