Ramazan ayında orucun müddəti ölkədən-ölkəyə dəyişir. Bunun əsas səbəbi Yer kürəsinin coğrafi mövqeyi və günəşin doğma-batma saatlarının fərqli olmasıdır.

Foodinfo.az xəbər verir ki, ən uzun oruc adətən şimal yarımkürəsində, xüsusilə də Skandinaviya ölkələrində tutulur. Yay aylarına təsadüf edən Ramazan dövründə Norveç, İsveç və Finlandiya kimi ölkələrdə gündüz saatları çox uzun olur. Bu ölkələrin bəzi şəhərlərində oruc müddəti 20 saata qədər çata bilir.

Hətta Arktika dairəsinə yaxın ərazilərdə günəş demək olar ki, batmadığı üçün xüsusi dini qaydalara əsasən ən yaxın normal vaxt bölgəsinin saatlarına uyğun oruc tutulur.

Əksinə, cənub yarımkürəsində yerləşən ölkələrdə gündüz saatları daha qısa olur. Məsələn, Argentina və Cənubi Afrika Respublikası kimi ölkələrdə oruc müddəti daha az saat davam edir.

Qeyd edək ki, Ramazan ili hər il təxminən 10–11 gün irəli çəkildiyi üçün oruc müddətləri də illərə görə dəyişir. Buna görə ən uzun və ən qısa oruc tutulan ölkələr zamanla fərqli ola bilər.