Adi darçın qan təzyiqini, diabet riskini azaltmağa kömək edir və bir sıra digər sağlamlıq faydalarına malikdir. Foodinfo.az xəbər verir ki, Söhbət darçından gedir. 

Darçın xoş qoxuya və dada malikdir. Bu ədviyyat tez-tez bişmiş məhsullara, qəhvəyə və digər içkilərə əlavə olunur.

Dadından əlavə, darçın antioksidantlarla zəngindir, araşdırmalar göstərir ki, qan şəkərini tarazlaşdıra, iltihabı azalda bilər, ürək xəstəliklərinin və demansın qarşısını alır.

Alimlər müəyyən ediblər ki, gündə ən azı 1,5 qram darçın (təxminən ¾ çay qaşığı) istehlak etmək metabolik xəstəlikləri olan insanlarda trigliseridləri, ümumi xolesterini, LDL və qan şəkərini azalda bilər.

Nurlan