Bəzən qaralmış tavaları, qazanları təmizləmək xeyli vaxtımızı alır. Foodinfo.az bu yazıda qaralmış qazan və tavaları daha rahat təmizləmək üçün bəzi məlumatları təqdim edir:
Qazanın qara arxasını çıxarmağın ən asan yolu qabyuyan məftildən istifadə etməkdir. Amma qabınızdakı qara ləkələri qabyuyan məftillə aradan qaldırmaq mümkün deyilsə, aşağıdakı üsulu sınayın.
Qazanın arxasını ağartmaq üçün lazım olanlar:
Sirkə
Soda
Qabyuyan setka.
1- Qazanın arxasını isti su ilə isladın. Üzərinə soda tökün.
2- Sonra sodanın üzərinə sirkə səpin. Sirkə soda və köpüklə reaksiya verir.
3- 15 dəqiqədən sonra qabın arxasındakı bütün qara ləkələri və yanıqları qabyuyan mayeyə batırılmış qabyuyan məftillə təmizləyin.
Qazanın arxasını ağartmaq üçün duz və sirkədən də istifadə edə bilərsiniz.
Bu üsulla polad və çuqun qabları təmizləyə bilərsiniz. Qazanın arxasını soda və sirkə olmadan qabyuyan məftildən istifadə etməklə də təmizləmək olar, amma bu üsulda çox qol gücündən istifadə etməli və yuyulmağa sərf etməli olduğunuz vaxt uzun olur.
Digər üsul:
İki yemək qaşığı soda
İki-üç stəkan su
Bir az alüminium folqa (incə və ya qalın olmasının fərqi yoxdur.)
4 xörək qaşığı limon suyu
1- Əvvəlcə qablarınızı geniş və dərin bir qaba qoyun. Soda, su, iki kiçik top alüminium folqa və limon suyu əlavə götürün. (Əgər qabınız böyükdürsə, miqdarları ikiqat artırın ki, inqrediyentlər konteynerin təxminən üçdə birindən dörddə birini tutsun.)
2- Həmin suyu qazın üzərinə qaynamağa qoyun.
3- Qaynamağa başlayanda yuxarıdakı maddələri qazanların arxasınına çəkin. Alovun istisi yüksək olmalıdır. Qazanın arxasındakı qaralığın miqdarına uyğun olaraq hər bir qazan 2 ilə 6 dəqiqə arasında bu maddələrdə qalsın.
Sonda məftil və qabyuyan maye istifadə edərək sürtməyə başlayın.
Çalışın bu üsulu paslanmayan polad qazan üçün edəsiniz. Çuqun qazan üçün bu materiallarla yalnız qazanın arxasına toxunmağa çalışın, çünki çuqunlar zədələnə bilər.