Şəki rayonunda kütləvi yoluxmanın qeydə alındığı və fəaliyyəti üç gün müvəqqəti olaraq dayandırılmış bazarda dezinfeksiya işlərinə başlanılıb.
Foodinfo.az-ın xəbərinə görə, bu barədə "Report"un Şimal-qərb bürosuna "Şəki Bazar ASC"dən məlumat verilib.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın “Şəki Bazar” ASC-də epidemioloji vəziyyətə dair açıqlamasında bildirilir ki, Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin COVID-19 infeksiyasına yoluxması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq profilaktik tədbirlərin görülməsinə baxmayaraq, Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının əhalisinin də bazarlıq etdiyi “Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin koronavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində son günlərdə 12 nəfərin qeyd olunan virusa yoluxduğu aşkar edilib.
“Şəki Bazar” ASC-də baş verən bu halın risk mənbəyi olduğunu nəzərə alaraq bazarın ərazisində müvafiq sanitar-epidemioloji tədbirlərin görülməsi məqsədilə bazar sentyabrın 18-dən üç gün müddətində karantinə bağlanıb, yəni bu müddət ərzində bazarın fəaliyyəti bütünlüklə dayandırılıb. Müvafiq tədbirlər görüldükdən sonra “Şəki Bazar” ASC fəaliyyətini davam etdirəcək.
Eyni zamanda “Şəki Bazar” ASC-də virusa yoluxması aşkar olunmuş şəxslərin müalicələri təşkil edilib, onlarla yaxın təmasda olanlar isə mövcud qaydalara uyğun olaraq müəyyən edilmiş müddət ərzində evdə təcrid ediliblər.
Son xəbərlər
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər
- Orta yağlılığı neçə faiz olan məhsullar seçmək lazımdır?
- Bunu gündə 1 dəqiqə etməklə arıqlayın
- Təzə balığı belə tanımaq olar
- Bu ölkədə alkoqoldan ölümlər fəlakətli həddə çatdı
- Ən sağlamı nə buğda, nə də kəpək çörəyidir - Görün hansı imiş