Soyuqdəymə və qripdən qorunmaq üçün sadə məsləhətlər koronavirus infeksiyasının qarşısını almağa kömək edə bilər. Foodinfo.az AZƏRTAC-a istinadən bildirir ki, soyuqdəymə və qripdən qorunmaq üçün aşağıdakı məsləhətləri oxucularının diqqətinə çatdırır. Qidalanmanı nəzarətdə saxlamalı. “Düzgün qidalanma” anlayışını ifrata varmadan dərk etməli. Bitki və heyvan zülallarından, mürəkkəb karbohidratlardan, sellüloz maddələrdən, faydalı yağlardan kifayət qədər istifadə edilməli. Kifayət qədər su içməli. Qrip və soyuqdəymə xəstəliklərinin törədiciləri çoxsaylı insanların toplaşdığı qapalı məkanlarda daha tez yayılır. Buna görə də insanların sıx toplaşdığı yerlərdən çəkinmək tövsiyə olunur. Bunu etmək mümkün olmadıqda isə mütləq maskalardan istifadə olunmalı və əl ilə üzə toxunulmamalıdır. Virus hissəcikləri müxtəlif məişət əşyalarının səthlərində yerləşir. Bu səbəbdən əlləri müntəzəm olaraq sabunla yumaq çox əhəmiyyətlidir, gündə bir neçə dəfə – xüsusilə dərhal küçədən evə qayıtdıqdan sonra. Asqıran zaman ağzınızı mütləq dəsmalla tutmalı. Yaxşı olar ki, salfetə asqırasınız. Bu mümkün olmadıqda isə ağzınızı dirsəyinizlə örtməyiniz məsləhətdir, çünki əks halda patogen hissəciklər əllərinizə düşərək ətrafa yayılacaq. Salfetdən və dəsmaldan istifadə etdikdən sonra əllərinizi mütləq yumalısınız. Qonaq getməyin. Əgər kim iləsə şəxsən görüşməyiniz vacibdirsə, təmiz havada görüşməyiniz məsləhətdir. Qapalı məkanları havalandırın. Ətrafınızı təkcə dezinfeksiyaedici salfetlə silmək kifayət deyil, çünki qrip və soyuq viruslar adətən havada qalır. Tez-tez açıq havada olmağa çalışın. Otağı 10-15 dəqiqəlik ikitərəfli qaydada havalandırın. Sakitliyə riayət olunmalıdır. Psixoloji gərginlik stress hormonunun konsentrasiyasının artmasına imkan yaradır ki, bu da orqanizmin funksiyalarını, o cümlədən immun funksiyasını boğur. Bu nəticədə xəstələnməyə səbəb ola bilər. D vitamini qəbul edin. D vitamininin çatışmaması immunitetin zəifləməsinə gətirib çıxara bilər ki, bu da mövsümi xəstəliklərə meyilliliyi artırır. Vitamin almağın ən sadə yollarından biri də açıq havada, günəş altında gəzməkdir. Bununla yanaşı, yumurta sarısı, mal qaraciyəri, kərə yağı, süd, yağlı balıq növləri ilə qidalanmaq çox vacibdir. Alkoqollu içkilərdən, o cümlədən də soyuqdəymə və qripə yoluxmamaqdan ötrü şərabdan imtina edilməlidir. Alkoqollu içkilərə meyillilik immun sisteminin vacib strukturu olan orqanizmin dentroloji hüceyrələrinin vəziyyətinə mənfi təsir göstərir. Alimlər, alkoqollu içkilərə meyilli insanlarda vaksinlərin zəif effekt göstərməsini məhz bu xüsusiyyətlər baxımından izah edirlər.