Toksikoloq, tibb elmləri namizədi Mixail Kutuşov bildirib ki, qaynama zamanı çiy suyun tərkibində olan bir çox mikrob ölür.
Foodinfo.az bildirir ki, həkimin sözlərinə görə, ilk qaynama zamanı sudan oksigen və karbon qazı buxarlanır. Xlor da yox olur, ancaq dezinfeksiya məqsədilə əlavə olunarsa. Buna görə də qaynadılmış suyun dadı çiy su ilə eyni deyil.=
Bundan əlavə, oksigen və karbon qazının olmaması mayenin müəyyən maddələri həll etmək qabiliyyətinə bir qədər təsir göstərir.