Yaponiyada keçirilən Yeni il hərracında motosiklet ölçüsündə nəhəng mavi üzgəcli tuna balığı 207 milyon yenaya (2 milyon manat) satılıb. Foodinfo.az xəbər verir ki, bu barədə CNN yazır.

Yanvarın 5-də Tokionun Toyosu balıq bazarında Michelin ulduzlu suşi restoranları şəbəkəsinin sahibləri Onodera Group bir milyon dollardan) çox qiymətə konservləşdirilmiş formada da alına bilən 276 kiloqramlıq balıq alıblar. Dünyanın ən böyük dəniz məhsulları bazarına görə, mavi üzgəcli tuna yalnız bir dəfə belə baha satılıb. Ölkənin hər yerindən satıcılar, demək olar ki, hər səhər tutduqlarını hərraca çıxarırlar. Amma nüfuzlu Yeni il hərracının iştirakçılar üçün xüsusi mənası var. Onodera Group beşinci ildir ki, lot üzrə ən yüksək qiymətə malik hərracda qalib gəlir.