ABŞ-ın Florida ştatında 108 yaşlı qadın gənclərə məsləhətlərini verib. Foodinfo.az xəbər verir ki, bu barədə “South Florida” nəşri məlumat yayıb.
Nesta Lilu adlı qadın bildirib ki, uzunömürlülüyünün sirlərindən biri ləyaqətli yaşamaqdır. Həmçinin, onun fikrincə, valideynləri dinləmək çox vacibdir. Qeyd edək ki, qadın Yamaykada böyük bir ailədə anadan olub.Onun 11 qardaş və bacısı var imiş. Ailə qurduqdan sonra ABŞ-a köçüb və altı uşaq dünyaya gətirib.
Yaşının qocalmasına baxmayaraq, 108 yaşlı qadın pianoda ifa etməyə, manikür etməyə və yemək bişirməyə davam edir.