Gündə 5000 min addım, 2000 kkal və 8 saat yuxu Dipak Pauskarın həyatını dəyişib. Hindistandan olan 51 yaşlı sahibkar az qala uşaqlıqdan artıq çəkidən əziyyət çəkirdi. Yaşla, kiloqramlar onun aktiv həyat tərzi keçirməsinə, ailəsi ilə vaxt keçirməsinə və hətta sadəcə çölə çıxmasına mane olmağa başladı.
Dipak bunun belə davam edə bilməyəcəyini anladı. Dərhal qərar verdi ki, yaxşı vərdişləri inkişaf etdirməyə çalışacaq. Həyat tərzini tamamilə dəyişdirərək və gündəlik iş rejiminə sadə qaydaları daxil edən Pauskar üç ayda 23 kiloqram arıqlayıb.
Kişi arıqlamağa davam edir. İndi onun gündəlik rejimi saata, yeməkləri isə kalorilərə görə təyin olunur. Pauskar gündəlik tələbatını bir kalori belə aşmamağa çalışır, eyni vaxtda yatmağa gedir, həmçinin hər gün bir neçə min addım atır.