Təəssüf ki, bu faydalı yarma bizim ölkəmizdə çox da populyar deyil. Darı yarması olduqca faydalı və çox ucuz məhsuldur. Foodinfo.az Sagamolun.az-a istinadən oxucularına darının müalicəvi xüsusiyyətləri ilə tanış edir. 1. Maqneziumla zəngin olduğundan darı ürəyin fəaliyyətini yaxşılaşdırır, infarktın riskini aşağı salır. 2. Darı digər “ürək mineralı” ilə də zəngindir. Bu kaliumdur. Kalium damarları genişləndirir və təzyiqi normaya salır. 3. Darının tərkibində çoxlu lif var. Liflər xolesterini salır, damarları təmizləyir. Həmçinin liflər bağırsaqların fəaliyyətinə də çox yaxşı təsir edir, qəbizlikdən azad edir. 4. The Indian Journal of Medical Research xəbər verir ki, darı yarmasının müntəzəm istehlakı qanda şəkərin səviyyəsini tənzimlənməyə kömək edir. 5. Prebiotiklərlə zəngin olan darı bağırsaqlarda faydalı mikrofloranın artmasına yardım edir ki, bu da həzm proseslərini yaxşılaşdırır. 6. Darıda olan polifenol antioksidantlar xroniki xəstəliklər və erkən qocalmaya səbəb olan sərbəst radikalları neytrallaşdırır, orqanizmdən toksin və şlakları xaric edir. 7. Darının tərkibində olan faydalı birləşmələr orqanizmdə iltihabı azaldır, xərçəng hüceyrələrinin artmasını ləngidir. Darıdan çox dadlı sıyıqlar hazırlamaq olar. Mütəxəssislər darını axşamdan suda islatmağı və növbəti gün bişirməyi tövsiyə edirlər. Bu darının orqanizm tərəfindən mənimsənilməsini asanlaşdırır.