Ömrü uzatmaq və sağlam qalmaq üçün doğru pəhriz çox vacibdir. Ekspertlər tərəfindən təklif edilən uzunömürlülük pəhrizi təzə tərəvəzlər, paxlalılar (noxud, lobya), tam taxıllar, qoz-fındıq və təbii bitki yağlarının (xüsusilə zeytun yağı) daxil olduğu qidalardan ibarətdir. Bu cür qidalar həm maddələr mübadiləsini yaxşılaşdırır, həm də ürək-damar sistemini qoruyur.
Foodinfo.az bildirir ki, biogerontoloq Valter Lonqo, həmçinin axşam yeməyinin yatmadan ən azı üç saat əvvəl bitirilməsini tövsiyə edir. Çünki gecə və ya yağlı yeməklər qan damarları üçün zərərli "pis" xolesterolun səviyyəsini artıra bilər, bu da ateroskleroz və digər ciddi xəstəliklərə yol açır.