Dietoloq, qastroenteroloq Nuriyyə Dianova müxtəlif növ qəhvələrin keyfiyyətindən danışıb.

Foodinfo.az xəbər verir ki, mütəxəssis URA.RU- ya müsahibəsində bildirib ki, kofeindən əlavə, qəhvə B qrupunun vitaminləri, kalium, maqnezium, xrom, manqanla da zəngindir.

Mütəxəssisin fikrincə, qəhvə dənələrində daha çox antioksidan var, çünki belə qəhvə daha az texnoloji emaldan keçir.

Dietoloq qeyd edib ki, hazır qəhvənin mənfi cəhətlərindən biri dadın itirilməsidir.

"Konservantlar və müxtəlif ləzzətlər də hazır qəhvədə daha çox olur", - deyə ekspert əlavə edib.