Makaron kimi sadə görünən bir yemək hər kəsin düzgün hazırlaya bilmədiyi incəliklərə malikdir. Foodinfo.az dadlı və yapışmayan makaron bişirməyin əsas üsullarını təqdim edir.

1. İki qat su

Makaron bişirərkən suyun miqdarı makaronun iki qatından az olmamalıdır. Bu, onların sərbəst hərəkət etməsini təmin edir.

2. Bitki yağı

Qaynar suya bir neçə çay qaşığı bitki yağı əlavə edin. Bu, makaronun yapışmasının qarşısını alır.

3. Qaynar suya əlavə edin

Makaron yalnız qaynar suya atılmalıdır. Əks halda, onlar yapışqan və dadını dəyişmiş bir kütləyə çevrilə bilər.

4. Tez-tez qarışdırın

Makaron qaynamağa başladıqdan dərhal sonra tez-tez qarışdırmaq vacibdir. Bu proses nişastanın çıxmasını sürətləndirir və yapışmanın qarşısını alır.

5. Suya duz əlavə edin

Suyu qaynadarkən duz əlavə edin. İdeal nisbət: hər litr suya 10 qramdan çox olmayacaq şəkildə duz olmalıdır.

6. Bişdikdən sonra yuyun

Makaron bişdikdən sonra süzgəcə boşaldıb üzərinə su tökün. Bu, nişastanın yuyulmasını təmin edərək yapışmanı aradan qaldırır.