Elm adamları xərçəngin müalicəsi üçün yeni və tamamilə fantastik üsul hazırlayıblar. Foodinfo.az bildirir ki, onlar xərçəng əleyhinə dərmanlarla dolu “Troya atı” rolunu oynayaraq, şiş hüceyrələrinə xüsusi bakteriyalar “qoyurlar”.
Bu bakteriyalar bədxassəli hüceyrələrə daxil olduqda ölür və dərmanlar buraxılaraq şişi içəridən öldürür. Bu müalicə həm bədxassəli hüceyrələrə, həm də sağlam olanlara hücum edən və xəstənin bədəninə böyük ziyan vuran ənənəvi kimyaterapiyadan qat-qat təhlükəsizdir.
Molecular Therapy jurnalında xərçəngin yeni müalicə üsulu haqqında məqalə dərc olunub. Qaraciyər, yumurtalıq və metastatik döş xərçənginin müalicəsində sınaqdan keçirilmiş və heyvanlarda yaxşı işləyir. Yeni terapiyanın insanlarda sınaqdan keçirilməsi üçün hazırlıqlar davam edir.