Dietoloq Elena Solomatina qarabaşaq yarması istehlakı üçün tövsiyələr verib.
Foodinfo.az xəbər verir ki, ekspert "Veçernaya Moskva" ya müsahibəsində bildirirb ki, əgər hər gün yalnız qarabaşaq yarması yesəniz və pəhrizinizə başqa dənli bitkilər və qidalar əlavə etməsəniz, vücudunuz əziyyət çəkəcək.
Ekspertin sözlərinə görə, qarabaşaq yarması zərərli məhsul deyil. Ancaq yalnız onu yeyirsinizsə, vücudunuz kifayət qədər vitamin və faydalı makro və mikroelementlər almayacaq.
"Gündəlik yeyilə bilən qarabaşaq yarmasının təxmini miqdarı 150-200 qramdır. Əgər bir insanın fəaliyyəti yüksək fiziki və ya zehni stresslə bağlıdırsa, o zaman bundan daha çox yeyə bilərsiniz", - deyə diyetoloq əlavə edib.