Dietoloq Alena Kapustina acı və ya tünd şokoladın bəzi insanlar üçün təhlükəli ola biləcəyini bildirib. Foodinfo.az xəbər verir ki, həkimin sözlərinə görə, bu xüsusilə allergiya xəstələrinə aiddir.
Tünd şokolad üyüdülmüş kakao paxlasından ibarət təbii məhsul olduğundan, kakao yağı olmadan ona allergik reaksiya ola bilər. Qırtlağın qaşınması, şişməsi, anafilaktik şoka qədər özünü göstərə bilər.
Tünd şokoladda çox kofein yoxdur, lakin bəzi insanlarda yuxusuzluq, narahatlıq və ürək döyüntüsü ola bilər.