Biryani, Hindistanın ən məşhur və dadlı yeməklərindən biridir. Foodinfo.az bildirir ki, bu ətirli və zəngin yemək düyü, ədviyyatlar və müxtəlif növ zülalların (toyuq, qoyun əti, balıq və ya tərəvəz) mükəmməl birləşməsindən hazırlanır.

Tərkibi:

Düyü – 2 stəkan

Toyuq və ya qoyun əti – 500 qram

Qatıq – 1/2 stəkan

Soğan – 2 ədəd (nazik doğranmış)

Sarımsaq və zəncəfil pastası – 1 xörək qaşığı

Pomidor – 2 ədəd (doğranmış)

Ədviyyatlar: Sarıkök, zəncəfil, hil, mixək, dəfnə yarpağı, darçın, qara istiot, zəfəran

Bitki yağı və ya kərə yağı – 3-4 xörək qaşığı

Nanə və keşniş yarpaqları – zövqə görə

Duz və çili bibəri – zövqə görə

Hazırlanma qaydası:

Düyünü 20-30 dəqiqə suda isladın. Sonra duzlu suda yarım bişirin və süzün.

Dərin tavada yağı qızdırın, doğranmış soğanı qızılı rəng alana qədər qovurun. Sarımsaq və zəncəfil pastasını əlavə edib bir neçə dəqiqə qarışdırın. Doğranmış pomidor, qatıq və ədviyyatları əlavə edib qarışdırın. Əti əlavə edib yaxşıca qarışdırın və aşağı istilikdə ət yumşalana qədər bişirin.

Ardınca böyük bir qazanın dibinə bir qat düyü yayın, üstünə ət qarışığını əlavə edin. Bu prosesi lay-lay davam edir. Hər layın arasına nanə və keşniş yarpaqları səpə bilərsiniz. Son qat düyü olmalıdır. İstəsəniz zəfəranı ilıq süddə həll edib üstünə tökə bilərsiniz. Qazanın qapağını örtün və aşağı istilikdə 15-20 dəqiqə dəmlənməyə qoyun.