Nevroloq, tibb elmləri namizədi Yekaterina Demyanovskaya qidalanmanın əhval-ruhiyyəyə necə təsir etdiyini açıqlayıb.

Foodinfo.az bildirir ki, “İzvestiya” qəzetinə müsahibəsində ekspert qeyd edib ki, bağırsağın öz sinir sistemi var, o, serotonin, dopamin və norepinefrin istehsal edir.

Mütəxəssisin fikrincə, dofamin çatışmazlığı passivliyə və süstlüyə gətirib çıxarır.

Demyanovskaya əlavə edib ki, norepinefrin çatışmazlığı orqanizmin stressə normal reaksiya verməsini maneə törədir.