Keyfiyyətli yuxu üçün bədəndəki hormonların səviyyəsini tarazlaşdırmaq vacibdir. Bəzi maddələrin konsentrasiyası artmalı, digərləri isə əksinə azalmalıdır. Birincisinə, məsələn, melatonin, ikincisinə isə kortizol daxildir. İstirahətdən əvvəl yeyilən bəzi qidalar bu vəziyyəti düzəltməyə kömək edəcək. Foodinfo.az bildirir ki, bu barədə Life.ru saytına qastroenteroloq, tibb elmləri namizədi Yekaterina Kaşux məlumat verib.

“Sağlam yuxu üçün ya melatoninin özü, ya da onun istehsalını təşviq edən maddələr olan məhsullar faydalı olacaq. Melatoninin təbii mənbələri: albalı və albalı suyu, banan, təzə çiyələk, ərik, brokoli, nar, nanə, düyü, pomidordur. Bu maddə yumurta, qoz-fındıq (xüsusilə də qoz və badam), üzüm və kələmdə də olur”, - deyə həkim bildirib. Həkim həmçinin yatmazdan əvvəl bitki çayı, xüsusilə çobanyastığı içməyi məsləhət görür.