Qıtıqotu kökü (rus dilində “xren”) güclü iltihab, mikrob və virus əleyhinə xüsusiyyətlərə malikdir.
Lakin son araşdırma onun digər faydalı xüsusiyyətini də aşkar edib.
ABŞ alimləri aşkar ediblər ki, qıtıqotu orqanizmdə sərbəst radikalllarla mübarizə aparır və bununla da insanı xərçəngdən qoruyur.
Digər tərəfdən qıtıqotu kökü qlikozinat maddələri ilə zəngin olduğundan qaraciyərin detoksikasiya funksiyasını güclündirir ki, qaraciyər kanserogen (xərçəngə səbəb ola bilən) kimyəvi maddələri daha yaxşı zərərsizləşdirir. Həmçinin qlikozinatlar xərçəng şişlərinin yayılması prosesini dayandırır.
Foodinfo.az Saglamolun.az-a istinadən bildirir ki, mütəxəssislər hər gün 1 ç.q. sürtgəcdən keçirilmiş təzə qıtıqotu kökünü qəbul etməyi tövsiyə edirlər. Təzə və ya sous şəklində olan qıtıqotunu ət yeməklərinə, salatlara əlavə etmək olar.