Alimlər Yaponiyada uzunömürlü olmağın bir sirrini kəşf edib: tez-tez ənənəvi yapon matça çayını içirlər, bu da yaşlanmanı ləngidə və müəyyən xəstəliklərin inkişafına mane ola bilər. Foodinfo.az Publika.az-a istinadən  xəbər verir ki, bu barədə “Express” nəşriyyatı məlumat yayıb. Tədqiqat müəllifləri ÜST ekspertlərinin məlumatlarına istinad edərək yaponların qidalanma və xüsusi vərdişlərinə əsasən dünyanın ən uzunömrlü xalqı olduğunu bildirib. Xüsusilə matça çayı yapon xalqının ən sevdiyi içkilərdən biridir. Matça alışdığımız adi çaydan çox fərqlidir: içki parlaq bir yaşıl tozdur və tərkibində A, B, C, E vitaminləri, lif, sink, kalium, kalsium, sodium və dəmir var. Bu maddələr birlikdə bədənin yaşlanmasını ləngitməyə kömək edir. Alimlər matça çayının xolesterin və şəkər səviyyəsini aşağı saldığını, immun sistemini gücləndirdiyini, şəkərli diabet, obezlik, hətta xərçəng kimi bəzi xəstəliklərin inkişaf riskini qarşısını aldığını müəyyənləşdirib. Avropa Uzunömürlülük Universitetinin doktoru və rektoru Yulia Yusipova isə bədənin yaşlanmasını yavaşlatmaq üçün düzgün qidalanmanın vacibliyini qeyd etmişdi. Daha çox tərəvəz, qoz-fındıq və kətan toxumu, heyvan zülalı və lobya yeməyi məsləhət görüb.