Toyuq yumurtası gündəlik tələbat məhsuludur, evdar qadınların əksəriyyətində həmişə soyuducuda olur. Foodinfo.az Edimdoma.ru-ya istinadən xəbər verir ki, burada təəccüblü heç nə yoxdur, çünki toyuq yumurtası çox vaxt tam səhər yeməyinə çevrilir və bişmiş məmulatların və digər yeməklərin əvəzsiz tərkib hissəsidir.
Bir qayda olaraq, yumurtalar soyuducunun qapısında xüsusi bölmədə saxlanılır.
Mütəxəssislər qeyd ediblər ki, yumurtaları ucu aşağı vəziyyətdə saxlasanız, sarısı mərkəzdə olacaq və küt ucunda olan hava təbəqəsinə toxunmayacaq.
Mütəxəssislər həmçinin xatırladılar ki, yumurta sarısının tərkibində ondan çox vacib vitamin var və bütün yumurtanın tərkibində maqnezium, dəmir, fosfor və kalsium da daxil olmaqla, insan üçün lazım olan əllidən çox mikroelement mövcuddur.
Müntəzəm olaraq toyuq yumurtası istehlak edən insanlar beyin xəstəliklərindən daha çox qorunur. Bu məhsul hamilə qadınlar üçün də lazımdır, çünki sarısı tərkibində olan maddələr körpələrdə patologiyaların inkişaf riskinin qarşısını alır.