Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 31 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən edib. Bu barədə Foodinfo.az-a AQTA-dan məlumat verilib. Belə ki, Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 34 ticarət müəssisəsi və 26 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 31 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 25, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 21 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.