Rusiyada 19 mindən çox mağazanı əhatə edən, ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən biri olan “X5 Group” və Azərbaycan şirkətləri arasında ixrac müqavilələri imzalanıb. Foodinfo.az Banker.az-a istinadən xəbər verir  İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu ilin mayından indiyədək “X5 Group” Azərbaycanın “Aznar”, “Aqroazərinvest”, “Göygöl Şərab”, “Abşeron Şərab” və “TAC” şirkətləri ilə nar şirəsi, şərab və alkoqolsuz içkilərin Rusiyaya ixracı ilə bağlı müqavilələr imzalayıb. Artıq bir neçə müqavilə üzrə ixraca başlanıb. Qeyd edək ki, “X5 Group” Rusiyada “Pyaterochka”, “Perekrestok”, “Karusel”, “Chizhik” kimi ticarət şəbəkələrini, həmçinin “Vprok.ru”, “Many Salmon” və “5Post” rəqəmsal biznesləri idarə edir.