Ötən həftənin sonu Zaqatala rayonunda I Beynəlxalq fındıq, qoz və şabalıd festivalı təşkil edilib.
“Azərsun Holdinq”dən verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 15-ə yaxın xarici ölkə səfirliyinin rəhbər və təmsilçiləri, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, fındıq istehsalçıları, şəhərin qonaqları və rayon sakinləri iştirak etdiyi Festivalda fındıq, qoz və şabalıdın emal və istehsalının ölkəmizin qeyri-neft sektorunun aparıcı sahələrindən olduğu qeyd olunub.
Tədbirdə ziyarətçilərin diqqətini cəlb edən əsas stendlərdən biri də “Azərsun Holdinq”ə məxsus Zaqatala Fındıq Zavodunun stendi olub.
İllərdir uşaqların sevimli markası olan "Shokki Mokki" də tədbirdə iştirak edərək azyaşlılara bayram sovqatı hədiyyə edib. Tərkibində Zaqatala Fındıq Zavodu tərəfindən emal edilən yerli fındıq olan məhsul uşaq orqanizmi üçün xüsusilə xeyirlidir. “Shokki Mokki” sümük quruluşunun inkişaf etməsinə şərait yaradan, orqanizmi gücləndirən protein və kalsium mənbəyi olan fındıq, süd ilə zəngin faydalı məhsuldur. Zaqatala və ətraf rayonlarda yetişdirilən yerli fındıqın istifadəsi ilə hazırlanan “Shokki Mokki” səhər yeməyi üçün əvəzsizdir. Müxtəlif şirniyyatların, tortların hazırlanmasında ən əlverişli məhsul olan “Shokki mokki” şokolad kremi bütün satış nöqtələrində istehlakçılara təklif olunur.