"Azersun" Holdinq tort ustası vəzifəsinə vakansiya elan edib. Foodinfo.az xəbər verir ki, maraqlanan şəxslər sentyabr ayının 21-ə kimi müraciət edə bilərlər. Ümumi məlumatlar 1. Tələb olunan iş təcrübəsi – min. 2 il (tort və şirniyyat sahələri üzrə) 2. Təhsil – orta, orta texniki (sertifikatı olanlara üstünlük verilir) 3. Cinsi – fərq etməz 4. Aylıq ə/h – Ustalıq səviyyəsi yoxlanıldıqdan sonra təyin edilir. İş haqqında məlumat 1. Müxtəlif növ vitrin və sifariş tortlarının hazırlanması 2. Tortların sıvanması , yığımı, sifarişə uyğun dizayn edilməsi 3. Çalışdığı sahədə təmizlik, gigiyena qaydalarına ciddi şəkildə riayət etmək 4. İstifadəsində olan alət və avadanlıqlardan qaydalara uyğun şəkildə istifadə etmək 5. Məhsulu Satışa uyğun şəkildə hazırlayaraq Logistika bölməsinə təhvil vermək İş şərtləri Növbəli iş qrafiki Müraciət edin!