"Bazarstore" mağazalar şəbəkəsi yeni vakansiya elan edib. Foodinfo.az-ın xəbərinə görə, mağazalar şəbəkəsi un məmulatları şöbəsində satıcı işləyəcək şəxslər axtarır. İş yeri Bakı şəhərində olacaq. "Bazarstore" bu vakansiya üzrə ümumilikdə 7 işçi axtarır. Son müracət tarixi fevralın 17-dir. Ümumi məlumatlar - Xarici görünüşü yaxşı olmalı; - Pozitiv və gülərüz olmalı; - Müştəri və satış fokuslu olmalı; - Fiziki cəhətdən sağlam və işləmə qabiliyyətli olmalı; - İş təcrübəsi olanlara üstünlük verilir. İş haqqında məlumat -Məhsulları vitrinə düzmək, təmizliyinə nəzarət etmək; -Məhsulların etiket və qiymətini düzgün yerləşdirmək; -Məhsulların son istifadə tarixini yoxlamaq; -Müştəriyə mallar haqqında doğru və dolğun məlumat vermək. İş şərtləri Növbəli İş qrafiki, həftədə bir dəfə istirahət. Daha ətraflı: https://hr.azersun.com/pages/allOpenPositions.aspx