"2017-ci ilin sonunadək şirkət tərəfindən Azərbaycanın milli iqtisadiyyatına 275 mln. manat məbləğində investisiya yatırılıb, dövlət büdcəsinə isə 253 mln. manat məbləğində vergi ödənilib".
Foodinfo.az xəbər verir ki, bunu “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel jurnalistlərə bildirib.
Onun sözlərinə görə, “Coca-Cola” sistemi öz istehsalatı hesabına həm birbaşa, həm də bütün ölkə üzrə təchizatçı və istehlakçıların geniş şəbəkəsini dəstəkləyərək dolayısı ilə Azərbaycan iqtisadiyyatı üçün əlavə dəyər yaradır.
Qeyd edək ki, “Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend və 3900-dən çox içki növü istehsal edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan “Coca-Cola” ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 21 brend daxildir ki, onlardan 19-u az kalorili və kalorisiz seçimlərdə mövcuddur.
Kərim