"Aqrolizinq" ASC "Atropatena" QSC-ni məhkəməyə verib.
Foodinfo.az xəbər verir ki, ASC ilə məşhur şirkət arasında lizinq müqaviləsi üzrə mübahisə yaranıb. Nəticədə dövlət qurumu məhkəməyə müraciət edib. Məlumata görə, ASC müqavilələrin ləğv edilərək avadanlığın saz vəziyyətdə geri qaytarılmasını istəyib və pul tələbi irəli sürüb.
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi dövlət qurumunun iddiasını qismən, Bakı Apellyasiya Məhkəməsi isə ASC-nin iddiasını qismən təmin edib.
İşə Ali Məhkəmədə baxılacaq.
Mətbuatda yer alan yazılara görə, "Atropatena" QSC daha çox məşhur süd məhsulları istehsal edən "Atena" MMC-nin daxil olduğu şirkət kimi tanınır. MMC-dən isə Foodinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu məsələnin "Atena" şirkətinə aidiyyatı yoxdur: "Ona görə də məsələdən heç bir məlumatımız yoxdur".
Foodinfo.az