İsveçrənin iri qida şirkəti "Nestle" ilə dünyanın ən böyük qəhvəxana şəbəkələrindən biri olan ABŞ-ın "Starbucks" şirkəti arasında bir müddətdir davam edən lisenziya müqaviləsi danışıqları müsbət nəticələnib. Hər iki şirkətdən verilən birgə açıqlamaya görə, "Nestle" bundan sonra dünya miqyasında "Starbucks" məhsullarını da satacaq. Hər iki şirkət arasındakı lisenziya müqaviləsinin qiyməti isə 7.15 milyard dollar olaraq açıqlanıb. Müqaviləyə əsasən "Nestle", "Starbucks" məhsullarını satmaq hüququ qazanıb. Hazırda "Starbucks" məhsulları yalnız eyni adlı mağazalarda satılır. Bununla yanaşı, "Starbucks"ın 500 işçisi də "Nestle" şirkətinə transfer olacaq. Müqaviləyə görə, "Nestle", illik satışları 2 milyard dollar həcmində olan ABŞ-ın "Starbucks" şirkətinə nağd olaraq 7.15 milyard dollar avans ödəyəcək. "Nestle", müqavilənin şirkətin hədəflərinə müsbət bir töhfə verəcəyini gözləyir. Digər tərəfdən, məsələ ilə əlaqədar olaraq "Starbucks" tərəfindən daha əvvəl verlən açıqlamada, müqavilə ilə əldə edilən qazancın səhmlərinin geri alınmasında istifadə ediləcəyi bildirilmişdi. Şirkət, geri alışlar və dividend ödəmələri vasitəsilə 2020 maliyyə ilinin sonuna qədər təxminən 20 milyard dollar səviyyəsində gəlir götürməyi nəzərdə tutur. (Marja)