Bakı şəhərində MADO-nun ilk şöbəsinin açılışından artıq 12 il keçir. Bu uzun müddət ərzində qonaqlarımızın sevimli məkanına çevrilən hər şöbəmizin özünəməxsuz abu-havası və daim bizimlə olan sadiq müştərilərimiz var.
Bu ilin yay fəslində genişmiqyaslı layihələrdən olan MADO-un yeni, Baku Mall və Əhmədli şöbələrinin açılışı nəzərdə tutulub. Zəngin geniş mətbəx, özünəməxsus müxtəlif desert və içkilər, isti və rahat bir atmosfer yaradan rənglər qamması ilə hazırlanan interyer – hər yeni şöbəmizdə məhz qonaqlarımız üçün düşünülüb.
Bundan əlavə, hər yeni şöbəmizdə istədiyiniz ünvana aparmağınız üçün aşpaz və qənnadçılarımız tərəfindən hazırlanan müxtəlif növ isti yeməkləri, salatları, un məmulatlarını, desertləri, ləziz isti və soyuq içkiləri sifariş etmək mümkündür.
Digər məkanlarımızda olduğu kimi, yeni ünvanlarımızdakı şöbələrdə də gözəl təchiz olunmuş uşaq otaqları var. Valideynlər ləziz təamlardan və dostlarla ünsiyyətdən ləzzət aldığı müddət uşaqlar təcrübəli əməkdaşlarımızın nəzarəti altında hər birinin zövqünə uyğun olacaq müxtəlif oyuncaqlarla oynaya, istirahət meydançalarında əyləncəli oyunlarla məşğul ola biləcək.
Biz yaxın gələcəkdə şəbəkəmizi daha da genişləndirərək, böyüklər və uşaqlar üçün menyuda yeniliklərlə, yüksək keyfiyyətdə xidmət və dadlı yeməklər təklif edərək böyüməni sürətləndirəcəyik!
Şəbəkəmizə əlavə edilən hər yeni şöbə xalis ləzzətin hər kəsə çatdırılması istiqamətindəki növbəti uğurumuza çevrilir. Ənənə, müasir konsept, dinamika... Bu üçünü eyni anda özündə əks etdirmək üçün MADO seçdiyi prinsiplərə hər zaman sadiqdir.