Teymur Əhmədov adına “Aznar” QSC “Azərsu” ASC-ni məhkəməyə verib.
Foodinfo.az-ın xəbərinə görə, məşhur şirkət su borcunun silinməsi barədə tələb irəli sürüb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edərək şirkətin xeyrinə qərar qəbul edib.
Bu qərarla razılaşmayan “Azərsu” ASC apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, “Aznar” şirkətinin təsisçi və majoritar səhmdarı milyarder Fərhad Əhmədovdur. Həmçinin F. Əhmədov 2012 ildən “Aznar” Direktorlar Şurasının sədridir.
“Aznar” Göyçayda zavoda və nar bağlarına malikdir. Şirkət “Grante” nar şirələrini dünyanın bir neçə ölkəsinə ixrac edir.
Foodinfo.az