Hamımızın sevdiyi şirniyyat və un məhsullarını haradan almalı? Tez-tez çay süfrəsi ətrafında toplanmağı sevirik və burada hər zaman “Çayı nə ilə içək?” sualı ilə rastlaşırıq.
Mənə görə, bu sualın cavabı sadədir. Veysəloğlu Şirkətlər Qrupunda çalışdığım üçün bu Qrupa aid olan “Xonça” Fabrikində istehsalat prosesini öz gözlərimlə görmək imkanım oldu.
Gördüklərimi, müşahidələrimi sizinlə də paylaşmaq istəyərdim. Amma yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Odur ki, vaxt itirmədən “Xonça” Fabrikinə yollandım.
https://www.youtube.com/watch?v=bWEVNJ1bUMc
Artıq 6 ildir ki, “Xonça” brendi ilə ən müxtəlif un məmulatları, ənənəvi dadları xatırladan şirniyyat və tortlar hazırlanır. Bu ləzzətli məhsulları “Araz” və “Spar” mağazalarından əldə edə bilərsiniz.
https://www.youtube.com/watch?v=rEYtbtNYnH8
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edir. Şirkətlər Qrupunun biznes fəlsəfəsi cəmiyyət üçün dəyər yaratmaq üzərində qurulub. Çay süfrəsinə bir ləzzət qatmaq da özü-özlüyündə bir dəyərdir.
Səidə Məmmədli
Veysəloğlu Şirkətlər Qrupu