İranda bu il 10 quşçuluq müəssisəsində "quş qripi" aşkarlanıb.
İranın Baytarlıq Təşkilatının sədri Əlirza Rəfiipur deyib ki, xəstəlik daha çox yaz aylarında müşahidə olunub. O, əlavə edib ki, avqustda quşçuluq fermalarında virusun yayılması halı baş verməsə də, sentyabrda daha bir müəssisədə xəstəlik qeydə alınıb.
İranın Baytarlıq Təşkilatının sədri qeyd edib ki, ötən on ildə ölkədə "quş qripi" virusu kəskin şəkildə yayılıb:
"2006-cı ildə 275 müəssisədə virusa yoluxma olub. Ötən il bu rəqəm 748-ə yüksəlib". (Trend)
Son xəbərlər
- Bu turşu xərçəng riskini azaldır
- “Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
- Həkim qidalanmanın əsas qaydalarını sadaladı
- Mütəxəssis karbohidratlardan qorxmamağı məsləhət görüb
- Üzvi gübrələrin bitkilər üçün hansı faydaları var?
- Maddələr mübadiləsini sürətləndirən ən yaxşı ədviyyatlar