Bu gün “Veysəloğlu”Şirkətlər Qrupunda artıq ənənəvi hal almış ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı ən yüksək nəticə göstərərək 700 bal toplayan abituriyentlərlə növbəti görüş keçirilib. Şirkətlər qrupunun təlim-tədris mərkəzində baş tutan görüşdə şirkət rəhbərliyi, 700 bal toplayan 20-dən çox tələbə və onların valideynləri iştirak ediblər. Tədbirdə iştirakçılara “Veysəloğlu”Şirkətlər Qrupunun fəaliyyəti barədə qısa məlumat verilib və videoçarx nümayiş etdirilib. Daha sonra “Veysəloğlu”Şirkətlər Qrupununrəsmiləri çıxış edərək, yüksək bal toplayan abituriyentləri təbrik edib və onlara yeni qəbul olduqları ali təhsil müəssisələrində daha böyük müvəffəqiyyətlər qazanmağı arzulayıblar. Tədbirdə şirkətin korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində həyata keçirilən layihələr arasında təhsilə dəstək və tədrisin hər zaman öncül yer tutduğu vurğulanıb.Görüşdə həmçinin bildirilib ki, şirkət savadlı və özünü inkişaf etdirmək istəyən gənclərə karyera inkişafında daim dəstək verməyə hazırdır. Tədbirin sonunda 700 bal toplayan abituriyentlərə “Veysəloğlu”Şirkətlər Qrupu tərəfindən hədiyyələr təqdim olunub. Qeyd edək ki, 2018-2019-cu tədris ilində ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 29 nəfər 700 bal toplamağı bacarıb. Xatırladaq ki, “Veysəloğlu” Şirkətlər Qrupu daim təhsillə bağlı müxtəlif layihələr həyata keçirir və təhsilə dəstək şirkətin KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Gənclərdə oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün motivasiya yaratmaq, onların ölkəmizə layiqli vətəndaş kimi formalaşmasına dəstək olmaq şirkətin ən prioritet məqsədlərindən biridir.