
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Abşeron-Xızı regional bölməsinin əməkdaşları tərəfindən cari ilin 8 ayı ərzində keçirilən yoxlamalar zamanı 78 ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Bunlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 10 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Agentlikdən Foodinfo.az-a bildirilib ki, həmin müəssisələrdən 8-i tam sağlamlaşdırılaraq, yəni qida obyektinin qida təhlükəsizliyi tələblərinə uyğunluğu tam təmin edilərək fəaliyyəti bərpa olunub, 2-də isə müvafiq tədbirlər görülməkdədir.
Sözügedən müəssisələrlə bu linkdə tanış ola bilərsiniz.




