Bərdə rayonu, Qaradağlı kəndində fəaliyyət göstərən, Bayramov Samir Səfiyar oğluna məxsus “Oligarx” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş təkrar baxış zamanı ilkin yoxlamada aşkarlanan nöqsanların aradan qaldırılmadığı məlum olub.

Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.

Belə ki, restoranda ət məhsullarının müşayiətedici sənədlərinin olmadığı, emalı zamanı istifadə edilən suyun filtrasiyadan keçirilmədiyi, işçi heyətin gigiyena qaydalarına əməl etmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən olunub.

Faktla bağlı sahibkar barəsində təkrar inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.