Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Uğurbəyli kəndində fəaliyyət göstərən, Qəribov Pərviz Tofiq oğluna məxsus “Aristokrat” restoranında yoxlama keçirib.

Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.

Baxış zamanı restoranın manqal sahəsində tavan və divarların təmirsiz olduğu, müvafiq təmizlik işlərinin görülmədiyi, istifadə edilən masaların dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, məhsulların donunun açılması üçün sahənin mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. 

Aşkar edilmiş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib.