Məktəblilərin qidalanmasında müşahidə edilən bəzi problemlər onların sağlamlığına, gələcək həyatlarına təhdidlər yaradır.
Foodinfo.az xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyində Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova "Məktəblilərin qida bələdçiləri" layihəsinin təqdimat mərasimində deyib.
O bildirib ki, bir çox məktəblilər səhər yeməyini qəbul etmədən məktəbə gedir, çox az həcmdə meyvə, tərəvəz və süd məhsullarından istifadə edir:
"Dünya üzrə götürsək yeniyetmələrin 21%-i tərəvəz, 34%-i isə meyvə gündə bir dəfədən az istehlak edir. Əksinə, məktəblilərin 42%-i hər gün qazlı şirin içkilər, 46 %-i isə həftəda ən azı bir dəfə fast-food adlanan qeyri-sağlam qidalardan istifadə edir.
Azərbaycanda da çoxsaylı monitorinqlər, məktəblilər arasında qidalanma sorğuları aparılır va nəticələr göstərir ki, onlar arasında sağlam qidalanma vərdişlərinin aşılanmasına va rasionlarının dəyişməsinə dəstək ola biləcək bütün tadbirlərin həyata keçirilməsi olduqca zaruri və təxirəsalınmazdır. Bu öz növbəsində uşaqlar arasında piylənmə və artıq çəki, mikronutrient dediyimiz mineral və vitaminlərin çatışmazlığına gətirib çıxarır".
T. Cəmilova deyib ki, UNICEF-in bu istiqamətdə prioritet tədbirləri və tövsiyələri məktəblilər arasında sağlam qidalanmanın təşviqi va sağlam qidalanma məsələlərinin təhsil kurrikulumlarına salınması, məktəb bufetlərində sağlam qida seçimlərinin təmin edilməsi, o cümlədən məktəb menyularının standartlaşdırılması va uşaqların qida ehtiyaclarına uyğunlaşdırılması, eyni zamanda qida mahsullarının zənginləşdirilməsi - məsələn, duzun yodlaşdırılması və ya unun dəmir və fol turşusu ilə zənginləşdirilməsidir ki, bunlar birbaşa qısa müddətdə əhali səviyyəsində real nəticələr əldə etməyə imkan yaradır.
[gallery ids="44883,44884,44885,44886,44887,44878"]