Saatlı şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən, fiziki şəxs Qəhrəmanov Rəvan Bəybala oğluna məxsus çörək emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.
Foodinfo.az xəbər verir ki, müəssisədə məhsulların saxlanması zamanı temperatur rejiminə əməl olunmadığı, emal prosesində suyun filtirasiyadan keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi, havalandırma sisteminin qurulmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi aşkarlanıb.
Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.