Pensilvaniya ştatının (ABŞ) Qida Departamentinin alimləri müəyyən ediblər ki, dondurma, emal olunmuş pendirlər və çörək məhsulları kimi bağırsaq xəstəliklərinin riskini artıra bilər.  

Foodinfo.az xəbər verir ki, tədqiqatın nəticələri Gut Microbes jurnalında dərc olunub.

Dondurma istehsalında istifadə olunan bəzi qida əlavələrinin həzm sisteminin sağlamlığına necə təsir etdiyini öyrənmək üçün alimlər siçanlar üzərində təcrübə aparıblar.

Bir ay davam edən təcrübəni başa vurduqdan sonra alimlər siçanlara bir həftə ərzində dekstran sulfat natriumlu su veriblər.

Nəticələr göstərib ki, yüksək miqdarda qida əlavələri istehlak edən siçanlarda ağır iltihablı bağırsaq xəstəliyi inkişaf edib.