AQTA ictimai iaşə sahəsində çalışanları qida təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır

Ət mütləq baytarlıq ekspertizasından keçirilməlidir.

Məhsullar +1°C ilə +4°C temperaturda saxlanmalı və daşınmalıdır.

Sanitar-gigiyena normalarına riayət olunmalıdır.

İşçi heyət gigiyena qaydalarına əməl etməli, tibbi müayinədən keçməlidir.

Çarpaz çirklənmənin qarşısı alınmalıdır.

Satış zamanı bişmiş dönərin temperaturu 65°С-dən aşağı olmamalıdır.

Souslar və tərəvəzlər +4°C-dən aşağı saxlanmalıdır.

Dönər bişirildikdən sonra 12 saat ərzində istifadə edilməlidir.

İstehlakçılar dönər alarkən, satış şəraitinə və məhsulun hazırlanma qaydasına diqqət etməli, hər hansı uyğunsuzluq aşkar etdikdə "1003-Çağrı Mərkəzi"nə məlumat verməlidirlər. 

Sağlam qida, sağlam gələcək üçün qaydalara əməl edək!