
İnsulin dirənci, bədən hüceyrələrinin insulin hormonuna düzgün cavab verməməsidir. Sadə desək, bədən insulini düzgün işlədə bilmir və şəkər balansı pozulur. İnsulin dirənci zamanı düzgün qidalanma qaydalarına əməl etmək, xəstəliyin müalicəsində əhəmiyyətli rol oynayır. Qidalanmanı bir neçə istiqamətdə dəyişdirərək yaxşı nəticə almaq olar:
• İlk növbədə iltihab əleyhinə pəhriz tövsiyə olunur.
• Qan şəkərini qəfil yüksəltməyən qidalara üstünlük verilməlidir.
• Yeməklərin arasında uzun müddətli fasilə faydalı ola bilər.
Gündəlik kalori qəbuluna diqqət etməklə artıq çəkini azaltmaq da insulin dirəncinin müalicəsində olduqca önəmlidir. İnsulin dirənci zamanı tərəvəzlər, yumurta, balıq, toyuq, zeytun yağı, kefir, qatıq kimi qidalara daha çox üstünlük vermək tövsiyə olunur.
Daha ətraflı AQTA-nın hazırladığı videoçarxda izləyə bilərsiniz.