Acı bibər, sarımsaq və qaya duzu ilə hazırlanan bu turşu təxminən 30 günə hazırlanır. Plov, kabab, sendviç və bir çox başqa yeməklərlə yaxşı gedən acı bibər turşusunun saxlama müddəti də kifayət qədər uzundur.
Lazım olan məhsullar:
300 q kiçik ölçülü acı bibər
8 diş sarımsaq
1 armudu stəkan sirkə
1 xörək qaşığı qaya duzu
1 çay qaşığı şəkər
Hazırlanması:
1. Bibər yuyulur və qurudulur.
2. Banka və qapaqları qaynar suda 15 dəqiqə saxlanılır.
3. Bankalara soyulub bir neçə hissəyə bölünmüş sarımsaqları qoyun.
4. Sonra bibərləri bankaya yerləşdirin və üzərinə yenidən sarımsaq qoyun.
5. Sirkə, şəkər və duz əlavə edin.
6. Qaynar su əlavə edərək qapağını bağlayın.
7. Üzüaşağı çevirərək soyudun.
8. 1 aydan sonra istehlak edə bilərsiniz.