Səhər yeməyi məhsulları dedikdə ağla ilk gələn pendirdir. Fermentasiya edilmiş süd məhsulu olan pendir hər yaşda olan istehlakçıların sağlam qidalanma seçimlərinə daxildir. Bazarda bir çox çeşidi olan pendir qrupu məhsulları süfrələrə zənginlik qatır. Özünəməxsus teksturası və dadı olan pendir tərkibindəki kalsium, kalium və zülal sayəsində orqanizmin bütün ehtiyaclarını qarşılayır. Pendir demək olar ki, hər kəs tərəfindən sevilən və səhər yeməyinin vazkeçilməz hissəsinə çevrilən yemək kimi tanınır.

Foodinfo.az-ın məlumatına görə, 100 qram ağ pendirdə 2,53 qram karbohidrat, 20,38 qram protein və 24,31 qram yağ var. 

100 qram ağ pendirdə 310 kalori var. 1 dilim (30q) ağ pendirdə 93 kalori, 1 xörək qaşığında (10 q) 31 kalori var.

Ağ pendir enerji dəyəri çox yüksək olan və zülal, B2 və kalsiumla zəngin süd məhsulu kimi tanınır. Pendirdə yağda həll olunan A, C, D, E və K vitaminləri var və A vitamini baxımından ən zəngin qidalar sırasındadır. 

Tərkibində orqanların sağlamlığı üçün həyati əhəmiyyət kəsb edən B6 və B12 vitaminləri ehtiva edir. Bütün bu vitaminlərlə yanaşı, orqanizmin ehtiyac duyduğu tiamin, riboflavin, niasin, folat və pantotenik turşu da var. 

Pendir istehlakı sümüklərin möhkəmlənməsindən diş sağlamlığının qorunmasına və xərçəngin qarşısının alınmasına qədər bir çox mövzuda mühüm rol oynayır. 

Ağ pendirin həddindən artıq istehlakı tərkibindəki natrium səbəbiylə yüksək qan təzyiqinə gətirib çıxara bilər. Həmçinin yağ baxımından zəngin qidalar arasında olduğu üçün həddindən artıq istehlakı ürək-damar xəstəliklərinə də səbəb ola bilər.