Orqanizmin həyati fəaliyyətinin tənzimlənməsində ağciyərlərin böyük rolu var. Havanın çirklənməsi, siqaretdən istifadə və s. kimi hallar ağciyərlərimizə ciddi zərər vura bilər. Buna görə də ağciyərlərimizin sağlamlığına xüsusi diqqət yetirməliyik.
Ağciyərləri təmizləyən bəzi qidaları təqdim edirik:
Keçibuynuzu bitkisi
Siqaret çəkən birisinizsə, siqaretin orqanizminizə vurduğu zərərlərin qarşısını almaq üçün 5 ədəd keçibuynuzunu 1 litr suyun içində bişirərək gündəlik şəkildə istifadə edin.
Sarımsaq
Sarımsağın tərkibindəki maddələr ağciyərləri təmizləmək üçün çox effektivdir.
Zəncəfil
Ağciyərləri təmizləyən məhsullar arasında zəncəfil də ilk sırada yer alır. Güclü antioksidant təsirləri olan zəncəfil tullantılarırı orqanizmdən atır. Bu səbəbdən də zəncəfildən tez-tez istifadə etməyiniz tövsiyə olunur.
Evkalipt
Təbii bir antibiotik olan evkalipt bitkisi yağlar baxımından zəngin bir bitkidir. Tərkibindəki yağlar sayəsində ağciyər infeksiyalarına yaxşı yaxşı təsir edir. Həmçinin qan təzyiqini artıraraq qanı çoxaldır.
(A24.az)