Harvard Xalq Sağlamlığı Məktəbi tərəfindən aparılan bir araşdırma, yüksək dərəcədə emal olunmuş qidaların istehlakının ürək xəstəliyi, diabet, piylənmə və depressiyanın inkişaf ehtimalını əhəmiyyətli dərəcədə artırdığını göstərib. Foodinfo.az xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” yazır.

Müəlliflər 30 il ərzində 110 mindən çox amerikalının məlumatlarını təhlil ediblər. Müəyyən edilib ki, ultra emal olunmuş qidaları qəbul edən insanların vaxtından əvvəl ölüm riski 4% daha yüksəkdir.

Mütəxəssislər qeyd edirlər ki, pəhrizdə digər, daha az zərərli qidaların olması mühüm rol oynayır. Lif, vitamin və minerallarla zəngin qidalar yemək emal olunmuş qidaların mənfi təsirlərini azalda bilər.