Dəridən immunitet sisteminə, yaddaşı gücləndirməkdən alzheimerdən qorumağa qədər bir çox sahədə sağlamlığımıza töhfə verən almanın faydası saysız-hesabsızdır.

Ancaq şüursuz istehlakı bəzi zərərli təsirlərə səbəb ola bilər.

Foodinfo.az alma yeyərkən nəzərə alınmalı bəzi vacib məqamları təqdim edir:

1. Hədsiz çox yemək: Almanın tərkibindəki turşuları yüksək miqdarda qəbul etmək mədə xəstəliklərinə səbəb ola bilər. Gündə 2-3 alma yemək həzm sistemi üçün idealdır. Ancaq həddindən artıq istehlak mədə yanması, şişkinlik və həzmsizlik kimi problemlərə səbəb ola bilər.

 2. Diş sağlamlığına ziyanı: Bu meyvənin yüksək turşu tərkibi diş minasını aşındıra və diş həssaslığına səbəb ola bilər. Bu səbəbdən alma yedikdə ağzınızı su ilə yaxalamaqla turşu təsirini azalda və dişlərinizi qoruya bilərsiniz. 

3. Pestisid qalıqları: Alma tez-tez pestisid qalıqlarına məruz qala bilən bir meyvədir. Buna görə də orqanik alma seçmək və yaxşıca yumaq vacibdir. 

4. Dərmanlarla qarşılıqlı təsiri: Bəzi dərmanlar və alma istehlakı arasında qarşılıqlı əlaqə ola bilər. Xüsusilə qan durulaşdıran dərmanlarla birlikdə alma istehlakı qanaxma riskini artıra bilər. Odur ki, dərmanlardan müntəzəm istifadə edənlər həkimlərinə müraciət etməlidirlər.

Yuxarıdakı məqamlara diqqət yetirməklə almadan maksimum fayda əldə edə və mümkün zərərin qarşısını ala bilərsiniz.